Azərconnect Şirkətində Korporativ Mədəniyyət təlimi

Azərconnect Şirkətində Korporativ Mədəniyyət təlimi

Beləliklə, mənim 13 illik biznes-konsultant təcrübəmdəki ən böyük və əhəmiyyətli layihə başa çatdı. Bəlkə də mən gündəlik təlimlər sahəsində 3,5 ay ərzində hər gün 8 saatlıq təlim keçərək rekord qırmışam. Bu müddət ərzində 60 qrupda 1200 iştirakçı təlimdən keçmişdir.
Bu layihənin məqsədi korporativ dəyərlər, korporativ mədəniyyət normaları və biznes davranışlarının hesabat və tətbiqinə yönəlmişdi.
Təlimlər korporativ mədəniyyətin inkişaf etdirilməsi üçün strategiya və taktikaların qruplarda təcrübə və fikirlərin mübadiləsi vasitəsilə təklifi nəticəsində interaktiv atmosferdə keçdi.
Bu layihənin ən əsas nəticəsi isə belə oldu: birlik və etibar öz növbəsində istənilən biznes üçün möhkəm bir bünövrə sayılan Korporativ Mədəniyyətin yaradılmasında ən zəruri şərtlərdir!
Layihə müddətində heç bir çətinliklə qarşılaşmadığım üçün bütün təşkilatçılara ahəngdar çalışmalarına görə təşəkkür edirəm!
Bütün iştirakçılara da məni layihə boyu öz pozitiv və kreativ yanaşmaları ilə motivasiya etdikləri üçün təşəkkürlər! Bir daha təkrarlamaq istərdim ki, ardıcıl olaraq 60 dəfə eyni mövzuda təlim keçmək heç də göründüyü qədər asan deyildi.
Və deyərdim ki, mən səmimi olaraq sizin gələcəyinizə və nailiyyətlərinizə inanıram. Hər birinizə uğurlar!
Hörmətlə və sevgiylə, Sizin HG