Korporativ təşkilatlar daxilində xidmətlər

Korporativ təşkilatlar daxilində xidmətlər

  • Şirkətin əməkdaşlarının səriştələrinin müəyyən olunması və qiymətləndirilməsi.                                    

 Layihənin əsas məqsədi əməkdaşların əmək nəticələrinin yüksəldilməsi və inkişaf planlarının individual şəkildə yazılması. Layihə  zamanı olan mərhələlər: müşahidə, müsahibə, sorğu,işin təhlili, səriştələrin işə tətbiqi.

  • Korporativ mədəniyyətin yaradılması və artırılması.                                                                           

 Mövcud korporativ vəziyyətin qiymətləndirilməsi. Şirkətin viziyonu, misiyası və dəyərləri haqqında əməkdaşların məlumatlandırılması.Workshop-ların keçirilməsi, korporativ mədəniyyətin təbliği və tətbiqi. Mərhələlər: audit, materialların hazırlığı,  təlimlərin keçirilməsi.

  • Əməkdaşların fərdi psixoloji cəhətlərinin qiymətləndirilməsi

Fərdi olaraq əməkdaşlarla müsahibə, psixoloji bacarıqların qiymətləndirilməsi və test keçirilməsi.

  • Rəhbərlətin idarəetmə bacarıqlarının qiymətləndirilməsi.

Rəhbərlərlə individual görüşmə, müsahibə,lazım olduğu təqdirdə fərqi coalching sesialar və təlimlər.

  • Bankın inkassasiya şöbəsinin bütün işçilərinin psixolojı durumlarının müayinə edilməsi.                        

     Fərdi görüşlər zamanı inkassasiya şöbəsinin əməkdaşlarının psixolojı durumunun qiymətləndirilməsi, risklərin araşdırılması, fors-major vəziyyətlərdə psixolojı hazır olduqları, şəxsi dəyərlərin və əqidələrin formalaşdırılması, stressin idarə edilməsi və digər bu tip işdə lazım olunan səriştələrin müayinəsi, eləcə də  bu tip işlərə uyğun gəlib-gəlməməsinin tövsiyə edilməsi

    • Satış bacarıqların müəyyən edilməsi.                                                                                                                

     Satış departamentinin işçilərinin psixoloji səriştələrinin qiymətləndirilməsi, liderlik bacarıqlarının araşdırılması, ünsiyyət bacarıqların yoxlanması.

    • İşə əməkdaşı götürərkən onun psixoloji durumunun və səriştələrinin qiymətləndirilməsi.                        

     Xüsusi ilə, əgər əməkdaş rəhbər vəzifəy təyin ediləcək.

    • Müsahibəyə hazırlıq.                                                                                                                                           

      Səriştələrin və keçmiş təcrübənin düzgün, STAR və SMART formatda təqdim edilməsində köməklik.

    • Team building (Komanda yığma).                                                                                                                   

     Komanda ruhunun və motivasiyasının artırılması.